Əfqanıstanda təhsilin cinsə görə ayrılması tətbiq edilib.
KONKRET.az xəbər verir ki, bu barədə Talibanın yaratdığı Ali Təhsil Nazirliyinin yaydığı xüsusi bəyanatda deyilir. Bundan sonra oğlanlar və qızlar müxtəlif günlərdə dərsə gedəcəklər:
qızlar – şənbə, bazar ertəsi və çərşənbə günləri;
oğlanlar – bazar, çərşənbə axşamı və cümə axşamı günləri.
“Qızlar bazar ertəsi, çərşənbə və şənbə günləri, oğlanlar isə çərşənbə axşamı, cümə axşamı və bazar günləri mühazirə dinləyəcəklər”, – məlumatda deyilir.
Artıq bununla bağlı Ali Təhsil Nazirliyi ölkənin universitet və universitetlərinə xəbərdarlıq göndərib. Kabil Universitetinin rəhbərliyi universitetdə ayrıca təhsilin təşkili ilə bağlı sərəncamın olduğunu təsdiqləyib və “qadın tələbələrə təhsillərini davam etdirməyə imkan verəcək” xüsusi plan hazırlayıb.
Xuraman Etibarlı,
KONKRET.az
