Tandilyan: “Qarabağda rəsmi dilin dəyişdirilməsinin heç bir əsası yoxdur”backend

Tandilyan: “Qarabağda rəsmi dilin dəyişdirilməsinin heç bir əsası yoxdur”

“Qarabağda rus dilinin ikinci rəsmi dil elan olunmasına heç bir ehtiyac yoxdur”.

KONKRET.az xəbər verir ki, bu barədə Mane Tandilyan özünün facebook səhifəsində rus dilinə dövlət dili statusu verilməsi layihəsinə toxunarkən bildirib.

“Qarabağda erməni dili əsasdır. Dövlət dilinin dəyişdirilməsinin heç bir əsası yoxdur. Buna zərurət də duyulmur.

Burada yaşayan ermənilərlə yanaşı Ermənistanda yaşayan ermənilər də xarici dillərdə öz istək və ehtiyaclarına görə ünsiyyət qururlar.

Rəsmi dilin əsası bu ölkədə yaşayan insanların milliyətidir. Qarabağda dil məsələsini müzakirə etmək, xalqımızın erməni olmasını müzakirə etməklə eynidir.

Ruslarla rus, ingilislərlə ingilis dilində danışa bilərik. Amma bunu rəsmi dillə qarışdırmaq olmaz.

Dilləri öyrən, ancaq öz şəxsiyyətini və ləyaqətini tapdalamağa ehtiyac yoxdur. Onilliklər boyu olan vassallığımız qanunda təsbit olunmamalı, nəsillərə səhvlərimizi düzəltməyə imkan verməməliyik”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*