Türkiyənin tanınmış aktyoru Zəfər Algözün atası dünyasını dəyişib.
KONKRET.az xəbər verir ki, bu barədə ustad aktyor üzücü xəbəri sosial media hesabında açıqlayıb.
O bildirib ki, anası Güner Algözün ölümündən 24 gün sonra atası Cevdet Algöz vəfat edib.
Qeyd edək ki, 2024-cü il martın 9-da 83 yaşlı anası Güner Algözünü itirən Zafer Algöz indi atası Cevdet Algözlə ömürlük vidalaşıb.
Atasını itirən Algöz üzücü xəbəri bu sözlərlə açıqlayıb:
“Sevimli anamızdan 24 gün sonra atamız Cevdet Algözü itirdik. 65 illik sevgililər cənnətdə görüşdülər. 4 Aprel Cümə axşamı günü günorta namazından sonra Balıkesir Burhaniye Koca məscidindən atamızla vidalaşacağıq. Onu Geriş qəbiristanlığında dəfn edəcəyik. Allah rəhmət eləsin məkanı cənnət olsun”.
Rəsmiyyə Şərifova,
KONKRET.az