Tanınmış aşpaz 22 illik həbs oluna bilərbackend

Tanınmış aşpaz 22 illik həbs oluna bilər

“MasterChef Türkiyə”nin məşhur aşpazı və aparıcısı Somer Sivrioğlu həbs oluna bilər.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Belə ki, 3 ay əvvəl məşhur aşpaz Somer Sivrioğlunun işlədiyi restoranın istinad divarı uçub. Həmin vaxt oradan keçən iordaniyalı keçmiş diplomat Əhməd Məhəmməd Salem Lubbad və Baha Eddin Əli Hafez Şanableh divarın altında qalıblar. Ağır yaralanan xarici vətəndaşlardan biri, keçmiş diplomat Ahmet Muhammed Salem Lubbad dünyasını dəyişib.

Hadisə ilə əlaqədar İstanbul Respublika Prokurorluğu tərəfindən hazırlanan iddianamədə, divarın lisenziyasız tikildiyi, heç bir baxım, dəyişiklik, təmir və gücləndirmə əməliyyatı olmadan şübhəlilərin istifadəyə davam etdikləri qeyd edilib.

Müttəhimlərdən Somer Sivrioğlu və 6 şübhəlinin “şüurlu ehtiyatsızlıqdan ölüm və yaralanmaya səbəb olma” ittihamı ilə 2 il 8 aydan 22 il 6 aya qədər həbs cəzası tələb olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*