Tanınmış cütlük TƏBİB-ə müraciət etdi – VİDEObackend

Tanınmış cütlük TƏBİB-ə müraciət etdi - VİDEO

İndi bütün dünyada olduğu kimi, ölkəmizdə də koronavirus pandemiyası ilə ciddi mübarizə aparılır. Artıq sənət adamları da virusla mübarizə tədbirlərində ön cərgədə olmaq üçün çağırışlar edirlər.

KONKRET.az xəbər verir ki, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyorları, tanınmış cütlük Gültac və Hüseyn Əlililər bu məqsədlə Səhiyyə Nazirliyi və TƏBİB-ə müraciət edib:

“Ölkəmizdə tibb işçilərinin çatışmazlığı xəbəri hamı kimi, bizi də üzür. Və biz də daim xalqa xidmət edən yaradıcı insanlar olaraq bu gün də dövlətimizin və xalqımızın xidmətində olmaq istəyirik”.

Həkim ailəsində böyüyən və bir sıra tibbi vərdişlərə yiyələndiyini deyən Gültac Əlili qeyd edib ki, “Şəxsən mən də həkimlərimizin kombinezonlarını geyinərək, viruslu xəstələrin iynələrini vurmağa, təzyiqlərini ölçməyə, hətta onların yeməyini yedizdirməyə də hazıram”.

Qeyd edək ki, yaradıcı istedadları ilə tanınan Gültac və Hüseyn Əlililər bu ağır günlərdə boş dayanmamaq və həkimlərə maksimum dəstək olmaq istəyirlər.

Cütlük KONKRET.az-a ünvanladığı videoda həkimlərə can sağlığı arzulayaraq motivasiya üçün “Həkimlər” mahnısı da ifa edib.

Həmin videonu təqdim edirik:

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*