Tarixdə bir ilk: Kosmik turistlər mülki ekipajlı uçuş üçün 165 milyon dollar ödədi! – FOTO/VİDEObackend

Tarixdə bir ilk: Kosmik turistlər mülki ekipajlı uçuş üçün 165 milyon dollar ödədi! - FOTO/VİDEO

Axiom Space və NASA-nın əməkdaşlığı ilə ilk mülki ekipajlı kosmik uçuş SpaceX Falcon 9 raketi ilə həyata keçirilib. 

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Florida ştatındakı Kennedi Kosmik Mərkəzindən buraxılan SpaceX Falcon 9 raketi Beynəlxalq Kosmik Stansiyaya çatıb.

Bildirilir ki, “Crew Dragon Freedom” kapsulunu daşıyan raket özü ilə apardığı 4 nəfərlik ekipaj həm də NASA tərəfindən qəbul edilən ilk kommersiya sərnişinləri kimi tarixə  düşüb.

Kosmik gəmidə 55 milyon dollar bilet pulu ödəmiş amerikalı daşınmaz əmlak investoru Larri Konnor, kanadalı iş adamı Mark Pati və İsrailin keçmiş döyüş pilotu Eytan Stibbe var. Komandaya keçmiş NASA astronavtı amerikalı Maykl Lopez-Aleqria rəhbərlik edir.

Qeyd edək ki, 4 ekipajdan ibarət heyət 10 gün kosmos stansiyasında qalacaq. NASA ekipajın rus kosmonavtlarının yerləşdiyi hissədən başqa istənilən yerə daxil ola biləcəyini açıqlayıb. Rus kosmonavtlarının yerləşdiyi hissəyə daxil olmaq üçün Rusiya komandasından icazə tələb olunacağı bildirilib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*