Şimali Kiprdə rifahın yüksəldilməsi səyləri Türkiyə tərəfindən dəstəklənəcək.
KONKRET.az xəbər verir ki, bunu Şimali Kipr Türk Respublikasının Prezidenti Ərsin Tatar deyib.
O bildirib ki, deputatların andiçmə mərasimindən sonra hökuməti quracaq şəxsə səlahiyyət verəcək.
Qeyd edək ki, Şimali Kiprdə növbədənkənar parlament seçkiləri yanvarın 23-də keçirilib.
