Gürcüstanın paytaxtı Tbilisidə mənzildə dəm qazından zəhərlənərək ölən 5 nəfərin bir ailənin üzvü olduğu məlum olub.
KONKRET.az xəbər verir ki, həmin şəxslərin ikisi ata-ana, üçü isə onların azyaşlı övladlarıdır.
Sakinlərin sözlərinə görə, ailə mənzili bir neçə gün öncə kirayələyib.
Faktla bağlı istintaq tədbirlərinə başlanılıb.“Report”
