Tbilisidə yenidən aksiya keçirilirbackend

Tbilisidə yenidən aksiya keçirilir

Tbilisidə Gürcüstan parlamentinin binası yaxınlığında “Xarici agentlər haqqında” qanuna qarşı növbəti mitinq başlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, Gürcüstanın hüquq-mühafizə orqanları Tbilisidə parlament qarşısında xarici agentlərlə bağlı qanun layihəsinə etiraz edənlərə qarşı bibər qazından istifadə etməyə başlayıblar.

Nəşr qeyd edir ki, polis və xüsusi təyinatlılar etirazçıları parlament binasının arxa hissəsindən uzaqlaşdırmağa çalışır. Hüquq-mühafizə orqanlarının əməkdaşları su şırnaqlarından istifadə edirlər.

Agentlik insanların tədricən Gürcüstan parlamentindən uzaqlaşdığını vurğulayır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*