Tbilisinin ətraf kəndlərini yanğın bürüyübbackend

Tbilisinin ətraf kəndlərini yanğın bürüyüb

Gürcüstanın paytaxtı Tbilisi yaxınlığında yerləşən bir neçə kənddə eyni vaxtda meşə yanğını baş verib.

KONKRET.az xəbər verir ki, bu barədə Gürcüstanın Fövqəladə Halların İdarə Olunması Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Belə ki, Tskneti, Tsavkisi, Baqebi və Napetvrebi kəndlərində bir neçə aktiv yanğın müşahidə edilib.

Hazırda yanğınsöndürənlər mübarizə tədbirləri aparır.

Məlumata görə, əsasən quru ot və kol-kos yanıb.

Yanğının söndürülməsinə külək mane olur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*