Azərbaycanda kliniki sınağı keçiriləcək “Turkovac” vaksini “Sinovac” vaksini ilə demək olar ki, eyni tərkibdədir.
KONKRET.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev deyib.
O qeyd edib ki, bu vaksinin hər hansı yan təsiri müşahidə edilməyib:
“Vaksinin yüksək səviyyəli və güvənli olması önəmlidir. İnsanlar buna inanaraq, ölkədə tətbiqinə öz töhfələrini verə bilərlər”.
