TƏBİB Ermənistanın təxribatı nəticəsində yaralanan mülki şəxslə bağlı açıqlama yaydıbackend

TƏBİB Ermənistanın təxribatı nəticəsində yaralanan mülki şəxslə bağlı açıqlama yaydı

Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların nəticəsində mülki şəxs – Kəlbəcər rayonu Bozlu kənd sakini 1975-ci il təvəllüdlü Musayev Asim İsa oğlu yaralanıb.

TƏBİB-dən KONKRET.az-a verilən xəbərə görə, A.Musayev sol baldırın qəlpə yarası diaqnozu ilə sentyabrın 13-ü saat 22:00 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyində olan 1 saylı Abbas Səhhət adına Xəstəxanaya yerləşdirilib.

Xəstəyə zəruri tibbi yardım göstərilib, daha sonra dizaltı arteriyanın doppler müayinəsi üçün Gəncədə yerləşən özəl tibb müəssisəsinə göndəriş verilib. Müayinə nəticəsində əməliyyat edilməsi qərara alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*