TƏBİB məlumat yaydı: STATiSTİKAbackend

TƏBİB məlumat yaydı: STATİSTİKA

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyunun 23-nə olan statistik göstəriciləri açıqlayıb.

KONKRET.az xəbər verir ki, məlumata əsasən bu gün ölkədə 6045 nəfər aktiv koronavirus xəstəsi var.

Onlardan 168 nəfər reanimasiyada, 32 nəfər isə süni tənəffüs cihazındadır.

Qeyd olunub ki, bu gün 6464 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 432 858 test aparılıb.

Xatırladaq ki, bu gün Azərbaycanda daha 508 nəfər koronavirusa yoluxub, 335 nəfər sağalıb, 6 nəfər isə vəfat edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*