TƏBİB rəsmisi: “Maskasız həyat tərzimiz olmayacaq”backend

TƏBİB rəsmisi: “Maskasız həyat tərzimiz olmayacaq”

“Maskanın taxılması bizim artıq yeni həyat tərzimizdir. Xahiş edirik ki, bunu hər kəs dərk etsin. Hər kəs başa düşməlidir ki, həkimlərin və ya hansısa dövlət strukturunun xətrinə deyil, yalnız özünə görə özünü qorumalıdır”.

KONKRET.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

“Maskasız artıq bizim (aylar da ola bilər, illər də) həyat tərzimiz olmayacaq. Sərt karantindən çıxmağa gedən bütün ölkələrdə bu qaydalara riayət olunmalıdır. O cümlədən məsafə mütləq gözlənilməlidir. Çünki virus sərhəd, yaş və s. tanımır”, – o bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*