Təbii fəlakətlər barədə irimiqyaslı xəritələr hazırlandı – Elmi araşdırmalar davam etdirilirbackend

Təbii fəlakətlər barədə irimiqyaslı xəritələr hazırlandı - Elmi araşdırmalar davam etdirilir

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun mütəxəssisləri ölkədə baş verən təbii fəlakətləri iqtisadi-coğrafi istiqamətdə tədqiq edirlər.

Konkret.az. Coğrafiya İnstitutuna istinadla xəbər verir ki, ölkə ərazisində təbii fəlakətlər, onların nəzəri və metodoloji əsasları, başvermə səbəbləri, vurulan ziyanlar və qarşısının alınma tədbirləri araşdırılıb. Həmçinin, təbii fəlakətlərin sənaye, kənd təsərrüfatı, turizm və nəqliyyat-kommunikasiya sisteminə təsiri öyrənilib, irimiqyaslı xəritələr işlənilib.

Hazırda elmi araşdırmalar davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*