“Koronavirusa qarşı müalicə üçün müraciətlərin sayı hər gün altı min nəfərə çatıb”.
KONKRET.az xəbər verir ki, bunu Tehran vilayətinin Koronavirusla Mübarizə Qərargahının rəsmisi deyib.
“Azad İran” Teleqram kanalı xəbər verir ki, onun sözlərinə görə, müraciət edən hər 20 nəfərdən biri xəstəxanaya yerləşdirilir.
Qərargah rəsmisi qeyd edib: “Öncəki aylarla müqayisədə 10 yaşından aşağı qruplarda koronavirusa yoluxma kəskin artıb”.
