Təhsil şöbələrinin ləğv olunaraq regional idarələrin yaradılması nə ilə nəticələnəcək? – Millət vəkili AÇIQLADIbackend

Təhsil şöbələrinin ləğv olunaraq regional idarələrin yaradılması nə ilə nəticələnəcək? - Millət vəkili AÇIQLADI

Azərbaycan Prezidentinin sərəncamı ilə təhsil şöbələri ləğv olunaraq regional idarələr yaradıldı. Təhsildə idarəetmənin regionallaşması bu sahədə nəzarətə kənar müdaxilələrin minimumlaşdırılması, şəffaflığın artırılması və idarəetmənin səmərəliliyinin daha da yüksəldilməsi baxımdan vacib idi.

Vüqar Bayramov: Füzuli Beynəlxalq Hava Limanının inşası ilə bağlı işlər  sürətlə aparılır

Bu sözləri KONKRET.az-a açıqlamasında millət vəkili Vüqar Bayramov deyib. O bildirib ki, sözügedən sərəncamla yaradılan bu regional idarələr yerli idarəetmə sisteminin təkmilləşdirilməsi baxımdan da məqsədəuyğun olar: “Bir müddət öncə, Azərbaycan Prezidentinin sərəncamı ilə Qarabağ İqtisadi Rayonu üzrə xüsusi nümayəndə təyin olunmuşdu. Bu, yerli idarəetmənin iqtisadi rayonlar üzrə transferi baxımdan yeni yanaşma kimi də qiymətləndirilir. Bu kontekstdən, təhsil sektorunda idarəetmənin təkmilləşdirilməsi institutsional islahat kimi xarakterizə olunmalıdır”.

Müşviq Tofiqoğlu

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*