“Təkanların nə zaman bitəcəyini gözləyirik” – Adanadakı azərbaycanlı tələbəbackend

Təkanların nə zaman bitəcəyini gözləyirik” - Adanadakı azərbaycanlı tələbə

Türkiyədə 7,7 bal gücündə baş verən zəlzələ nəticəsində ölən və yaralananların sayı getdikcə artır. 

Təbii fəlakətdən zərərçəkənlər arasında azərbaycanlılar da var. Hətta dağıntılar altında qalan azərbaycanlı tələbələrin də olduğu bildirilir.

KONKRET.az xəbər verir ki, zəlzələdən əziyyət çəkən bölgələrdən biri olan Adanada yaşayan azərbaycanlı Orxan Məmmədov Bakupost.az-a açıqlamasında oradakı azərbaycanlıların vəziyyətindən söz açıb:

“Bildiyiniz kimi bu gün səhər saat 04:17-dən etibarən Türkiyədə 7.4 bal gücündə zəlzələ baş verdi. Mərkəzi Kahramanmaraş, Gaziantep olsa da, ətrafda yerləşən bir çox şəhər, o cümlədən Adana ciddi şəkildə zərər gördü. İlkin məlumata görə, hazırda Adanada 6-dan çox bina tamamilə dağılıb, 40-dan çox insan vəfat edib və çox sayda yaralı var. Burada yaşayan azərbaycanlı tələbələrlə və vətəndaşlarımızla mütamadi olaraq əlaqə saxlayırıq. Sevindirici haldır ki, ciddi xəsarət alan yoxdur. Onu da qeyd etmək istəyirəm ki, gecə baş verən zəlzələnin ardından bu gün saat 13:24-də yenidən 7.5 bal gücündə zəlzələ baş verdi və nəticədə yeni dağıntılar meydana gəlməkdə davam edir”.

O.Məmmədov qeyd edib ki, kiçik təkanlı zəlzələlər davam etdiyi üçün hazırda hər kəs binalardan uzaqda, təhlükəsiz ərazidə zəlzələnin nə zaman bitəcəyini gözləyir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*