“Tesla” istehsal qüsurundan yaranan təhlükəsizlik riskləri səbəbindən Çində satdığı 125 785 “Model 3” markalı elektrik avtomobilini geri çağırıb.
KONKRET.az xəbər verir ki, bu barədə Çin Dövlət Bazarı Tənzimləmə İdarəsi məlumat yayıb.
Açıqlamada qeyd olunub ki, 11 yanvar 2019-cu il və 25 yanvar 2022-ci il tarixləri arasında istehsal edilmiş 125 785 avtomobilin arxa mühərriklərinin cari konvertorlarında bəzi səhvlər aşkar edilib və səhvləri düzəltmək üçün avtomobillər geri çağırılıb.
Bildirilib ki, nəqliyyat vasitələrinin 93 min 578-i Çin istehsalı, qalanı isə idxal edilib.
Xatırladaq ki, “Tesla” fevral ayında Çində istehsal edilən təxminən 26000 “Model 3” və “Model Y” markalı avtomobili təhlükəsizlik riskləri səbəbindən geri çağırmışdı.
İqbal Rzayev,
KONKRET.az
