Təxribat: Quyu qapaqlarının üzərinə “Allah” yazıldığı iddia olundubackend

Təxribat: Quyu qapaqlarının üzərinə "ALLAH" yazıldığı iddia olundu

İstanbul Bələdiyyə Başçısı Əkrəm İmamoğluna böhtan atılıb. Belə ki, bir qrup şəxs şəhər ərazisində quyu örtüklərinin üzərində “Allah” kəlməsi yazıldığını iddia edib. Bundan istifadə edilərək sosial mediada İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı təxribat və böhtan kampaniyası təşkil olunub.

KONKRET.az xəbər verir ki, sosial mediada hədsiz sərt reaksiya alan paylaşımın təxribat olduğu ortaya çıxıb. Şəhər rəhbərliyi bildirib ki, Əkrəm İmamoğlunun şəhər meri seçilməsindən sonra quyu örtükləri dəyişdirilməyib. Əslində bu örtükləri Əkrəm İmamoğludan əvvəl şəhəri idarə edən şəxs Mərt Döküm firmasına sifarişlə hazırladıb.

Qapaqların üzərində yazılan “MD” hərfləri “Mərt Döküm” firmasının baş hərflərindən götürülüb. Şirkət səlahiyyətliləri, edilən şikayətlərlə əlaqədar örtüklərdə bu simvolun istifadəsinə qadağa qoyub.

Eyni zamanda Ankara Böyükşəhər Bələdiyyə Başçısı Melih Gökçekin 12 noyabrda eyni yalanı paylaşması, böhtan kampaniyasının əvvəlcədən hazırlanmış təxribat olduğunu ortaya qoyur.

Hazırladı: Günel MUSEYİB

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*