“The Economist”: “London necə Londonqrad oldu”- SENSASİON FAKTLARbackend

The Economist”: “London necə Londonqrad oldu”- SENSASİON FAKTLAR

Londonda rus pullarının erası başa çatdı. Bununla belə, digər zəngin əcnəbilərə qapı açıqdır. Çünki Britaniya şübhəli pula çox hərisdir. Ona görə ki, qanunlar yumşaqdır, ya da ki qanunda istisnalar var. Bu, əslində britaniyalıların biznes modelidir.

Britaniyanın paytaxtını çox vaxt Moskvanın Temzası və yaxud Londonqrad adlandırırlar. Çünki Sovet İttifaqı dağılandan sonra buraya böyük həcmdə rus pulları axmağa başladı. 19-cu və 20-ci əsrin əvvəllərində Londonun şərq hissəsində cəmi bir neçə rus hamamı mövcud idi. Lakin son illərdə bu cür, lakin daha dəbdəbəli müəssisələr bütün şəhərə yayılıb. London artıq uzun müddətdir ki, rus dissidentlərini, mühacirlərini və sürgünlərini qəbul edib. Hətta burda Leninin və Trotskinin muzeyləri var.

Xatırladaq ki, 1990-cı illərdə “Londonqrad”da yeni milyarderlər və onlara xidmət edən dəstələr peyda oldu. İngilislər inkişafın bir qolunu da yeni rus kapitalında gördü. Böyük Britaniyanın bütün hökumətləri ölkənin qapılarını rusiyalıların üzünə açdı. 1994-cü ildə Con Meycorun rəhbərliyi altındakı Mühafizəkarlar “qızıl viza”nı tətbiq etdilər. Bu qaydaya görə 1 milyon funt sterlinq (1,3 milyon dollar) sərmayə qoyan hər kəs Britaniyada yaşayış icazəsi aldı. Bu təşəbbüs Toni Bleyerin leyborist hökuməti tərəfindən də həvəslə davam etdirildi. 2000-2008-ci illərdə Londonun solçu meri Ken Livinqston hətta Londonu Avropadakı rus şirkətləri üçün “təbii yaşayış yeri” etmək istəyirdi.

Livinqstonun varisi Boris Consonun keçmiş KQB agentinin oğlu, milyarder və “The Evening Standard”ın sahibi Yevgeni Lebedevlə dostluq münasibətləri olub. 2020-ci ildə artıq baş nazir olan Conson da ingilis-rus tərəfdaşlığına yaşıl işıq yandırdı. Putin Rusiyasından gələnlərin hamısına London təhlükəsizlik, mühafizə və məxfilik təklif olundu.

Bəllidir ki, Britaniyada vergilər, böhtan və əmlakla bağlı “yumşaq” qanunlar var. Bu qanunlar səmərəli şəkildə, lakin bir az baha başa gələn məhkəmə sistemi tərəfindən tətbiq edilir. Yəni məhkəmələr nəyinsə müqabilində istənilən qadağaları yumşalda bilirlər. Korrupsioner məhkəmələrdəki hakimlər tərəfindən Rusiyaya ekstradisiya bir növ qəbuledilməzdir.
Tanınmış ingilis yazıçısı Oliver Bullough, “Dünyanın qapısı: Britaniya necə maqnatların, defoltların, kleptokratların və cinayətkarların ləyaqətsizliyinə çevrildi” kitabının dediyi kimi London “hər şey üçün sığınacaq”dır. Burada əsas şey təvazökarlıqdır. Hətta hamamın qapılarında belə yazılıb: “Zəhmət olmasa, çox uzatmayın”.

Yeni Britaniya sinfi qulluqçu rolundan olduqca razıdır. Məsələn, ictimaiyyətlə əlaqələr üzrə firma hər hansı bir oliqarxa səs-küylə danışan köməkçi təyin etməklə ayda 100 min funt-sterlinq qazana bilir. Keçmiş siyasətçilər də direktorlar şurasında oturaraq rahatlıqla altı rəqəmlə ifadə olunan pullar qazanırlar. Rus oliqarxları həm də səxavətli məsləhətləri ilə məşhurdurlar. Buna görə də onlar VIP otaqlarda və restoranlarda qarşılanırlar.

Hüquqşünaslar da onlara heyrandırlar. Mark Hollinqsvort və Stüart Lanslinin “Londonqrad: Rusiyadan nağd pulla – oliqarxların məxfi tarixi” kitabında yazdıqları kimi: “Mənim haqqımda bilməli olduğunuz odur ki, məhkəmə çəkişmələri mənim üçün seksdən daha şirindir!”. Ona görə də burada bir vəkil saatda 1000 funt sterlinq “qazanır”.

Lakin indi bu pullara uzun müddət həsrət qalınacaq. Rusiyanın Ukraynadakı əməliyyatından sonra Böyük Britaniya ilə əlaqəli olan bir sıra rus biznesmeninə qarşı sanksiyalar tətbiq olundu. Növbəti sanksiyalar Böyük Britaniya oliqarxlarına da zərər vuracağı gözlənilir. Sanksiyalardan sonra yəqin ki, mənşəyi bəlli olmayan əmlak tələbləri daha ciddi şəkildə icra ediləcək. Və şübhəli nağd pulu olan zənginlər özləri izahat verməli və ya cərimə ödəməli olacaqlar. Qızıl vizalar ləğv ediləcək. Şəffaflıq islahatına əsasən, bütün “köpük” şirkətlərin son benefisiarlarını – “matryoşkaları”nı üzə çıxarmaq lazım gələcək.

Ən başlıcası, Rusiya dövlətinin pəncəsinə keçməmək üçün pullar London anbarlarında etibarlı şəkildə saxlanılacaq… Əlbəttə ki, əgər onlar ifşa olunsa və ingilislər əvvəlki “prinsiplərindən” geri çəkilsələr…

“The Economist”, Böyük Britaniya. 4 mart 2022

Tərcümə etdi: Surxay Atakişiyev,

KONKRET.az

  • afaq
    Mart 6, 2022 - 00:11

    əllərinizə, beyninizə sağlıq surxay bəy…çox gözəl 1 məqaləni çevirib oxuculara təqdim etmişsiniz…çox maraqlı yazıdır, çox şeyə aydınlıq gətirir..çox sağolun…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*