“Məktəblərin açılması ilə əlaqədar valideynlərin alış-verişinin təşkil edilməsi üçün müəyyən yarmarkalar təşkil edilə bilər”.
KONKRET.az xəbər verir ki, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev Operativ Qərargahın bugünkü brifinqində deyib.
Onun sözlərinə görə, ticarət mərkəzlərinin açılması müzakirə mövzusudur:
“Bu məsələ müzakirə edildikdən sonra əlavə məlumat veriləcək”.
