Sizə bir sosyal şəbəkədən danışacağam. Adı #Tik-#tokdur. Bir zamanlar bu şəbəkədə həqiqətən çox maraqlı platforma idi. Hətta bir ara valdeyinlərim orada video paylaşmağa icazə də verdilər. Sonra öz təşəbbüsümlə #Tik-#tokdan ayrıldım. Səbəblərimi sizinlə bölüşürəm:
-insanların boş yerə vaxtını alır;
– bizim nəsil uşaqların #psixologiyasını pozur;
– mənasız #intim #videolarla gündəm yaratmaq istəyirlər, söyülmək adiləşir;
-#intahara təşəbbüsü hiss elədim;
-yaşıına uyğun olmayan #dini yürüşlərə cəlb etmək istəyirlər yeniyetməli;
-#feminizmin (mən bu sözü eşidəndən çox sonra anamdan mənaslnı öyrənmişəm) azyaşlıların ağlına yerləşdirilər…
-#kriminala diqqət çəkirlər;
-#Şəhidləri alçaldır təhqir edirlər.
Sadaladıqlarım Tik-tok şəbəkəsində çox güman ki, bilərəkdən paylaşılır. Bu mənə görə çox pisdir.
Anamdan izn alıb, “beş dəqiqə baxıram” dediyim yerdə satlarca qalırdım. Ancaq elə bilirdim cəmibeş dəqiqədir oradayam. Hiss edirdim ki, normalda əsəbiləşmədiyim şeylərə əsəbiləşməyə başlayıram. Deyəsən artıq aludəçi olmuşdum. Əsəbiləşdiyim, narahat olduğum hər şeyə görə #Tik-#toka qaçırdım. İradları qəbul eləmirdim. Çox güclü yaddaşım və dəqiqiliyin zəifləyirdi.
Bir gün qərara aldım ki, on gün bu şəbəkədən uzaq durum. Hətta Tik-tok şəbəkəsinitelefonumdan sildim. Hətta yadıma belə düşmədi. Hər şeyin normala döndüyünü hiss elədim Bu gün, mayın dördündə hesabladım ki, sosialşəbəkəsiz bir aydır xeyli irəliləyişim var. Əsəblərim sakitdir, dərsə münasibətim dəyişib, yaddaşım əvvəlki halına qayıdır.
Kimi öldürdülər, kim zorakılığa məruz qaldı, kim intihar etdi bunlar mənim yaşımın xəbərləri deyil. Ancaq Sosial şəbəkə on üç yaşımda nəinki mənə bunları anlatdı. Hətta başa saldı, hətta sınamağı tklif elədi, nətta izləməyə məcbur elədi.
Düşünürəm bəlkə intiharlar da belə baş verir azyaşlılar arasında. Beynimizdə yaşımıza uyğun olmayan informasiyalar bizi yorur bezdirir. Biz onları kimsə ilə bölüşə bilmirik. Valideynlər bu mövzularda bizdən qaçır. Və nəticə qorxulu olur.
Mən artıq sosial şəbəkədən müəyyən yaş dövrünə görə uzaq tutmağa qərar verdim. Mən istədim ki, öz yaşıdlarıma duyduqlarımı danışım. Yazım, anamdan da xahiş elədim bu yazını tanıdığı jurnalist dostlarına yollasın. Çap edilsə, o əmilərə, xalalara minnətdar olacağam. Bir də valideynlərdən xahişim var. Bizi özümüzdən də, #sosial şəbəkə zərərlərindən də, təhlükəli xəbərlərdən də qorusunlar.
Biz onda sizə yaxşı gələcək olarıq.