Tikiş fabrikinin direktoru Naira Arakelyan: “Erməni əsgərləri soyuqdan donurlar” – Orduda depressiya varbackend

Tikiş fabrikinin direktoru Naira Arakelyan: “Erməni əsgərləri soyuqdan donurlar” – Orduda depressiya var

“Erməni əsgərləri soyuqdan donurlar”.

KONKRET.az xəbər verir ki, bu sözləri Ermənistan televiziyasında iş başında müsahibə verən “Gloria” Tikiş Fabrikinin rəhbəri Naira Arakelyan deyib. Onun sözlərinə görə, cəbhə bölgəsinə göndərdiyi adyal və isti geyimlər əsgərlərə bəs etmir. “Ona görə də onlara daha çox isti geyimlər göndərilməlidir. Tikiş fabrikinin isə buna gücü çatmır. Odur ki, toplanan vəsaitlə xaricdən isti geyimlərin alınması nəzərdə tutulur”- deyən Arekalyan vurğulayıb ki, “Əsgərlər arasında depressiya çoxdur. Onlara fabrikin az da olsa məhsulundan göndəririk ki, yanlarında olduğumuzu göstərək. Çünki güclü əsgərin güclü dəstəyə ehtiyacı var. Gələn həftə isti gödəkçələrdən 1000-dən çox nüsxəsi də əsgərlərə təhvil veriləcək”.

Qeyd edək ki, Ermənistanda türk istehsalı olan malların alınmasına da qadağanın qoyulması məqsədilə qanun layihəsi hazırlanıb. Belə çıxır ki, Ermənistan ucuz Çin məhsullarına üz tutur. Ancaq bu miskin ölkə başa düşmür ki, ruhu və cəsarəti olmayan əsgərə isti geyim də kar etmir. Çünki ermənilər artıq döyüş meydanında məğlub olub. Arakelyanın bu fikri ilə razıyıq ki, əsgərlər arasında depressiya həddindən artıq çoxdur.

Fadil Paşayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*