Çinin “TikTok” sosial şəbəkəsi Rusiyada fəaliyyətini dayandırmaq qərarına gəlib.
KONKRET.az xəbər verir ki, sosial şəbəkə bu barədə tviter hesabında məlumat yayıb. Qeyd edilir ki, “TikTok” Rusiyanın yalan xəbərlərlə bağlı yeni qanuna görə fəaliyyətini dayandırıb.
Sosial şəbəkə indi istifadəçilərə Rusiyada paylaşım etməyə icazə vermir.
