Tomas de Vaal – “Putin Ermənistana ayaq basacağı təqdirdə həbs ediləcək”backend

Tomas de Vaal - "Putin Ermənistana ayaq basacağı təqdirdə həbs ediləcək"

“Qarabağda antiterror tədbirləri başlayan kimi bitdi”.

KONKRET.az xəbər verir ki, bunu “Foreign Affairs” jurnalı üçün yazdığı məqalədə Karnegi Avropa Mərkəzinin eksperti Tomas de Vaal deyib.

Müəllif qeyd edib ki, Azərbaycan öz suveren ərazisinə tam nəzarət edir: “Yerli əhali üçün 35 illik eyforiya, mühasirələr, qələbələr, məğlubiyyətlər və liderlərinin bir çox sarsıdıcı yanlış hesablamalarından sonra bu nəticə acı sondur. Bu, 1988-ci ildə Qarabağ ermənilərinin Sovet Azərbaycanından ayrılmağa ilk cəhdləri zamanı başlanmış layihənin tamamilə məhvi deməkdir. Ərazinin itirilməsini ermənilər hələ uzun illər hiss edəcəklər.

Azərbaycan bayram edir. Rəsmi Bakı artıq ərazidəki bütün siyasi strukturları ləğv etməyə çağırıb və hər hansı muxtariyyəti təklif etmir. Əvəzində Azərbaycan Prezidenti İlham Əliyev Qarabağ ermənilərinə xatırladıb ki, əvvəlki status təklifi “cəhənnəmə getdi”. Orada yerli qurumlardan demək olar ki, heç nə qalmayacaq. Ərazi nəzəri cəhətdən Rusiya sülhməramlıları tərəfindən qorunsa da, Moskvanın zəmanəti faydasız oldu. Əvəzində Rusiya yerli əhalinin bir neçə min nəfərdən ibarət öz “müdafiə qüvvələri”nin tərksilah edilməsinə və onların Azərbaycana reinteqrasiyası üçün danışıqlara başlanması barədə razılaşmaya vasitəçilik etdi. Nəhayət, Moskvanın mövqeyi həlledici oldu. Moskva 1988-ci ildə Ermənistan-Azərbaycan münaqişəsinin təşəbbüskarı olmasa da, dördüncü dəfə (2016-cı ildəki 4 günlük müharibə nəzərdə tutulur) atəşkəsə vasitəçilik etmək üçün müdaxilə etdi. Sovet İttifaqının dağılmasından bəri beynəlxalq səviyyədəki danışıqlar Qarabağ ermənilərinin arzuları ilə balanslaşdırılıb. Masanın üstündə olanlar güc tətbiqinin nəticəsini də əks etdirirdi. 2020-ci ilə qədər ermənilərə daha sərfəli təkliflər edilirdi. Amma onlar bunu istəmədilər. 2022-ci ildən faktiki olaraq Qarabağ üzərində nəzarəti itirən baş nazir Nikol Paşinyan açıq şəkildə Ermənistanın regiona ərazi iddialarından əl çəkdiyini bəyan etməyə məcbur olub. 2020-ci il müharibəsində, cəmi altıhəftəlik döyüşlərdə 7 minə yaxın insan həyatını itirib. Bu, həm də regionda etnik balansı dəyişdi. Bakının qələbəsi yüz minlərlə azərbaycanlı qaçqının öz evlərinə qayıtmasına, Qarabağ ətrafındakı əraziləri geri almasına imkan verdi.

1998-ci ildən sonra Qarabağ erməniləri danışıqlarda təmsil olunmadı. Ermənistanın yeni seçilmiş prezidenti, Qarabağ ermənisi Robert Koçaryan öz xalqı adından danışıqlar apara biləcəyini söylədi. Diplomatiya Azərbaycan və Ermənistan liderləri arasında gizli danışıqlara çevrildi. Azərbaycan tərəfi öz növbəsində substantiv danışıqlara o qədər də maraq göstərmədi və ərazilərini geri almaq üçün özünün revanşist layihəsini qurdu. 30 ildən artıqdır heç bir Azərbaycan lideri Qarabağ erməniləri ilə birbaşa danışıqlar aparmayıb, onların Azərbaycan daxilində gələcəyi ilə bağlı hər hansı rəsmi təklif irəli sürməyib.

Qərb vasitəçiləri sülh düsturları irəli sürdülər, lakin Bosniya və ya Kosovoda olduğu kimi, onları həyata keçirmək üçün heç nə təklif edə bilmədilər. Bütün bunlar Rusiyaya güclü rıçaq verdi və 2020-ci il müharibəsinin sonunda o, birbaşa müdaxilə edən və sülhməramlılar şəklində qoşun göndərən yeganə xarici qüvvə oldu.

Cənubi Qafqazın müasir xəritələri 1918-1921-ci illər arasında, Birinci Dünya Müharibəsi zamanı və ondan sonra tərtib edilib. O vaxtlar Qarabağ, Naxçıvan və Zəngəzurun mübahisəli əraziləri uğrunda ermənilərlə azərbaycanlılar vuruşurdu, əraziyə türk və rus qoşunları gəlib-gedirdilər. Bu gün baş verənlər ATƏT və BMT kimi çoxtərəfli təşkilatların geri çəkildiyi, Qərb oyunçularının beynəlxalq prinsiplərə dair çağırışlarının qulaqardına vurulduğu günlərə kədərli bir geridönüş kimi görünür. İndiki böhran Qərbin Ermənistan və Azərbaycana münasibətini dəyişir. Paşinyan Moskvadan açıq şəkildə narazılığını ifadə edir. Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya etmək niyyətini açıqlayaraq, Qərbin mövqeyini dəstəkləyir. Bu addım texniki baxımdan o deməkdir ki, Putin Ermənistan torpağına ayaq basarsa, həbs olunacaq. Bu il Avropa İttifaqı Azərbaycanla sərhədə yaxın Ermənistana müşahidə missiyası göndərib ki, bu da Rusiya ilə nominal müttəfiq olan ölkədə ilk belə missiyadır. Əksinə, Azərbaycanın Qərbə müraciəti daha çox tranzaksiya xarakteri daşıyır, mərkəzi nəqliyyat dəhlizləri və Rusiyadan idxala alternativ olaraq Avropa İttifaqını faydalı, lakin böyük olmayan əlavə qaz həcmləri ilə təmin etmək razılaşmasına əsaslanır.

Qarabağ ermənilərinin kütləvi köçü artıq İrəvanda Paşinyan hökumətinin yaxın həftələrdə sağ qalmasına təhlükə yarada biləcək etirazlara səbəb olub. Rusiya da onun getməsini arzulayacaq. Ermənistan Avropa ilə daha geniş birliyə gəlsə, Qafqazı dəyişəcək. Amma Qarabağ erməniləri üçün bu yaxınlaşma çox gecdir”.

Vəli Həsənov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*