Tommy Hilfiger və Calvin Klein şirkətləri Rusiyada mağazalarını BAĞLAYIRbackend

Tommy HilfigerCalvin Klein şirkətləri Rusiyada mağazalarını BAĞLAYIR

Tommy Hilfiger və Calvin Klein şirkətlərinin sahibi Rusiyadakı mağazaları bağlayacaq.

KONKRET.az xəbər verir ki, bu barədə şirkət sosial şəbəkələrdə bildirib. Tommy Hilfiger, Calvin Klein, Warner’s və digər brendlərin sahibi olan American PVH Corp., martın 7-dən etibarən Rusiya və Belarusiyadakı mağazalarını müvəqqəti bağlamaq və bütün kommersiya əməliyyatlarını dayandırmaq qərarına gəlib.

Fevralın 28-dən PVH Rusiyadakı onlayn mağazaların fəaliyyətini dayandırıb.

Eyni zamanda, korporasiya Rusiya Federasiyasında 550 işçiyə dəstək verəcək – onlar maaş almağa davam edəcəklər.

Bundan əvvəl moda pərakəndə satış şirkətləri Inditex (Zara, Pull&Bear, Massimo Dutti, Bershka və s.), Marks & Spencer, Mango, H&M Rusiyada işlərinin dayandırıldığını elan etmişdilər.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*