Tovuzda zəhərlənmə faktı qeydə alınıb.
KONKRET.az-ın məlumatına görə hadisə rayonun Qaraxanlı kəndində baş verib.
2006-cı il təvəllüdlü A.Musayeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.
Məlumata görə 17 yaşlı yeniyetmə qız yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib./apa
