Tovuzda ağır qəza – Yaralılar var – FOTObackend

Tovuzda ağır qəza - Yaralılar var - FOTO

Tovuz rayonunda “Range Rover” və “VAZ 2106” markalı avtomobillər toqquşub.

KONKRET.az xəbər verir ki, hadisə rayonun Həzi Aslanov küçəsində baş verib.

Zərbənin təsirindən “Range Rover” markalı avtomobil yol kənarındakı hasara çırpılıb və aşıb.

İlkin məlumata əsasən, qəza zamanı 2000-ci il təvəllüdlü Tovuz rayon sakini Orxan Mehdi oğlu İsmayılov və daha iki nəfər xəsarət alıb.

Yaralılardan ikisi Tovuz rayon Mərkəzi Xəstəxanasına, daha bir nəfər isə Gəncə şəhərinə aparılıb. Hər üç yaralı “VAZ 2106” markalı avtomobildə olub.

Faktla bağlı araşdırma başlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*