Tovuzda məktəbli dərs vaxtı sinif yoldaşı tərəfindən bıçaqlandıbackend

Tovuzda məktəbli dərs vaxtı sinif yoldaşı tərəfindən bıçaqlandı

Tovuzda bıçaqlanma hadisəsi baş verib.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Dönük Qırıxlı kənd tam orta məktəbində qeydə alınıb.

Məktəbin 10-cu sinif şagirdi 2003-cü il təvəllüldü Qarayev Rəvan Pərviz oğlu bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdilib. Məktəbli dərhal əməliyyat edilib. Vəziyyətinin ağır olduğu bildirilir.

Q.Rəvanın valideynləri bildiriblər ki, onların övladını məktəb yoldaşı dərs vaxtı bıçaqlayıb.

Hadisə ilə bağlı araşdırma başlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*