Tovuzda müəllim və məktəbin psixoloqu koronavirusa yoluxdubackend

Tovuzda müəllim və məktəbin psixoloqu koronavirusa yoluxdu

Tovuzda daha bir müəllim koronavirusa yoluxub.

KONKRET.az Baku.ws-ə istinadən xəbər verir ki, Habil Ələkbərov adına Aşağı Mülkülü kənd tam orta məktəbinin ədəbiyyat müəllimi və onun həyat yoldaşı, Cavanşir Sadıqov adına Qədirli tam orta məktəbinin psixoloqu işləyən qadın COVID-19 virusuna yoluxub.

Hazırda hər iki təhsil işçisi karantinə alınıb və onların müalicəsi ev şəraitində davam edir.

Qeyd edək ki, Tovuz rayonunda bir neçə gün öncə daha bir məktəbin iki şagirdində COVID-19 virusu aşkar edilmiş və sinif fəaliyyətini dayandırmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*