Tovuz rayonunda poçt binasında yanğın baş verib.
KONKRET.az-ın verdiyi məlumata əsasən hazırda hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Tovuz rayon Şöbəsinin 2 yanğın söndürən maşınl və canlı qüvvəsi cəlb edilib. İlkin məlumata görə, yanğın mühasibatlıq otağında yaranıb və hadisəyə səbəb kondisionerin nasazlığı olub.
