Tramp ABŞ-ın Avropa İttifaqındakı səfirini işdən çıxartdıbackend

Tramp ABŞ-ın Avropa İttifaqındakı səfirini işdən çıxartdı

ABŞ prezidenti Donald Tramp impiçment prosesi zamanı məhkəmə iclasında ifadə verən Aİ-nin səfiri Qordon Sondlandı işdən azad edib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı “The New York Times” diplomatik nümayəndəsinin açıqlamasına istinadən yayıb.

“Prezident Trampa mənə xidmət etmək imkanı verdiyinə, dövlət katibi Mayk Pompeoya davamlı dəstəyinə görə, həmçinin ABŞ-ın Avropa İttifaqındakı missiyasının mütəxəssislərinə təşəkkür edirəm”, deyə Sondland bildirib.

Nəşr hesab edir ki, işdən azad olunmanın səbəbi səfirin impiçment iclasında ifadəsidir.

İmpiçment proseduru çərçivəsində Trampa qarşı ifadə verən Milli Təhlükəsizlik Şurasının Ukrayna üzrə eksperti Aleksandr Vindman Ağ Evdən qovulub.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*