“Turan” “Kəpəz”ə qalib gəldibackend

"Turan" "Kəpəz"ə qalib gəldi

Futbol üzrə Azərbaycan Premyer Liqasında VI tur Tovuzda start götürüb.

KONKRET.az xəbər verir ki, “Turan Tovuz” öz meydanında “Kəpəz”i qəbul edib. Qərb derbisi meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Tovuz təmsilçisindən hər iki qolu Runi Eva vurub. 39-cu dəqiqədə hesabı açan kamerunlu hücumçu 77-ci dəqiqədə penaltidən fərqlənməklə son nöqtəni qoyub.

Bu qələbədən sonra xallarını 10-a çatdıran “Turan Tovuz” 4-cü pilləyə yüksəlib. Xalı olmayan “Kəpəz” isə sonuncudur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*