Türk bayrağını təhqir edən iranlı qadını polis xilas etdi – VİDEObackend

Türk bayrağını təhqir edən iranlı qadını polis xilas etdi - VİDEO

İstanbulun Büyükçekmece ilçəsində İran vətəndaşı Zohreh Momeni adlı qadın obyektlərdən birindən asılan Türkiyə bayrağını cıraraq yerə atıb və tapdalayıb.

KONKRET.az xəbər verir ki, qadının bu hərəkəti ətrafdakıların böyük hiddətinə səbəb olub və onun bu nalayiq davranışına görə cəzalandırmağa cəhd ediblər.

Lakin hadisə yerinə gələn polis əməkdaşları qadını qəzəbli kütlədən qoruyaraq aidiyyatı üzrə təcridxanaya aparıb.

Məlumata görə, Z.Momeni barəsində “Dövlətin suveren rəmzlərini təhqir etmə” maddəsi ilə cinayət işi açılıb və onun yaxın zamanda Türkiyədən deportasiya ediləcəyi gözlənilir./axar.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*