Türk ordusundan uğurlu əməliyyatbackend

Türk ordusundan uğurlu əməliyyat

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında PKK/YPG terror təşkilatının beş yaraqlısını zərərsizləşdirib.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, silahlılar hücumlar təşkil etmək üçün “Barış Pinarı” antiterror əməliyyatı zonasına daxil olmağa çalışsalar da, vaxtında aşkar olunaraq zərərsizləşdiriliblər.

Qeyd edək ki, PKK terrorçuları sabitliyi pozmaq, Türkiyəni parçalamaq üçün qanlı hücumlar həyata keçirirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*