Türkiyə “BRİCS”ə üzv olmaq üçün müraciət edibbackend

Türkiyə BRİCS-ə üzv olmaq üçün müraciət edib

Türkiyə BRİCS-ə üzv olmaq üçün müraciət edib.

KONKRET.az “Bloomberg”ə istinadən xəbər verir ki, Türkiyə bu yolla dünyada nüfuzunu gücləndirməyə və inkişaf etməkdə olan ölkələr ilə əlaqələri genişləndirməyə çalışır.

Agentliyinin məlumatına görə, assosiasiyanın genişləndirilməsi məsələsinə oktyabrın 22-24-də Kazanda keçiriləcək BRİCS-in qarşıdan gələn sammitində baxıla bilər.

Qeyd edək ki, avqustun 20-də Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə Azərbaycanın rəsmi olaraaq BRİCS-ə daxil olmaq üçün müraciət etdiyini açıqlayıb.

Xatırladaq ki, BRICS (BRİKS) 2006-cı ildə yaradılıb, Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirliklərini özündə birləşdirən hökumətlərarası təşkilatdır. Əvvəlcə investisiya imkanlarını müəyyən edən qruplaşma hökumətləri 2009-cu ildən bəri hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasətləri koordinasiya edən vahid geosiyasi bloka çevrilib.

Aygün Mirakif,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*