Türkiyə buğda idxalını dayandırdı – Rusiya REAKSİYA VERDİbackend

Türkiyə buğda idxalını dayandırdı - Rusiya REAKSİYA VERDİ

Türkiyənin buğda idxalını dayandırmaq qərarına Rusiya reaksiya verib.

KONKRET.az xəbər verir ki, Rusiya Kənd Təsərrüfatı Nazirliyi Türkiyənin buğda idxalını dayandırma qərarının Rusiyanın ixracına təsir etməyəcəyini açıqlayıb.

Türkiyə Kənd Təsərrüfatı Nazirliyi iyunun 6-na keçən gecə verdiyi açıqlamada yerli istehsalçıları qorumaq üçün buğda idxalının iyunun 21-dən oktyabrın 15-dək dayandırılacağını açıqlayıb.

Rusiya Kənd Təsərrüfatı naziri Oksana Lutun taxıl ixracatçıları ilə görüşlərindən sonra nazirlikdən verilən açıqlamada Rusiya ixracatçılarının Yaxın Şərq, Şimali Afrika, Çin və Hindistana taxıl tədarükünə diqqət yetirəcəkləri bildirilib. Hindistan və Çinə paxlalı və taxıl tədarükünü artırmaq potensialı diqqətdə saxlanılır.

Qeyd edək ki, Türkiyə və Misir Rusiya buğdasının mühüm idxalçıları arasındadır. Lut ötən həftə verdiyi açıqlamada Türkiyənin Rusiyanın strateji tərəfdaşı olmağa davam edəcəyini və bu qərarın Rusiya üçün heç bir çətinlik yaratmadığını bildirib.

Rusiya Taxıl Dərnəyinin məlumatına görə, aprel ayının ortalarına görə Türkiyə Rusiya buğdasının ikinci ən böyük müştərisidir. Misir birinci, Banqladeş üçüncü yeri tutsa da, Pakistan və Əlcəzair də ilk beş idxalçı arasında yer alıb. Rusiyadan Türkiyəyə taxıl daşınması ötən mövsüm 23% azalaraq mayın sonunda 6,5 ​​milyon tona düşüb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*