“Nikol Paşinyan devrilə və digər komanda üzvü hakmiyyətə gələ bilər” – SENSASİON AÇIQLAMAbackend

"Nikol Paşinyan devrilə və digər komanda üzvü hakmiyyətə gələ bilər" - SENSASİON AÇIQLAMA

TürkiyəErmənistan əlaqələrinin yaxşılaşması və sərhədlərin açılması istiqamətində xüsusi nümayəndələrin təyin edilməsi heç də yaxın aylarda iki ölkə arasında münasibətlərin normallaşmasına səbəb olmayacaq”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə səsləndirib:

1. Ermənistan ilk növbədə konstitusiya dəyişikliyinə getməli, Ankaraya qarşı düşmənçilik və ərazi iddialarını kənara qoymalıdır.

2. Ermənistan Zəngəzur dəhlizini açmalıdır. Çünki dəhliz məsələsi strateji önəm daşıyır. Amma Paşinyan dəhliz məsələsini müzakirə etməkdən yayınır.

3. Ermənistan Qarabağa dair iddialardan əl çəkməli və Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır.

Danışıqlarda bir cox məsələlər masaya yatırılacaq. Ermənistan rəhbərliyinin siyasi iradəsizlik göstərib təklifləri qəbul etməkdə problemlər yaradacağı istisna deyil”.

ATƏT Minsk Qrupu formatında danışıqlar əleyhimizə olacaq"

Politoloq əlavə edib ki, mövcud problemlər fonunda Türkiyə-Ermənistan əlaqələrinin normallaşması və sərhədlərin açılması ilk növbədə İrəvanın atacağı addımlardan asılı olacaq: “Bundan sonra Ankara və Bakı tandemi qərar verəcək. Ermənistan rəhbərliyi təkcə dəmiryol xəttinin çəkilməsinə razılıq verib. Azərbaycan üçün əsas məsələ dəhlizdi və bunun reallaşması mütləqdir. Əgər geosiyasi nizam reallaşmasa Nikol Paşinyan devrilib, digər komanda üzvü hakmiyyətə gələ bilər”.

Müşviq Tofiqoğlu

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*