Türkiyə hökumətinin iclasında İsveçə qarşı tədbirlər müzakirəyə çıxarılacaqbackend

Türkiyə hökumətinin iclasında İsveçə qarşı tədbirlər müzakirəyə çıxarılacaq

Türkiyə Nazirlər Kabinetinin sabahkı iclasında yanvarın 21-də Stokholmda Quranın yandırılmasından sonra İsveçə qarşı planlaşdırılan diplomatik cavab tədbirləri nəzərdən keçiriləcək.

KONKRET.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə hökumətin iclasında xarici siyasət məsələlərinin diqqət mərkəzində olacağı gözlənilir.

Toplantıda Ukrayna böhranının nizamlanması məsələsinə də toxunulacaq.

Bundan əlavə, hökumətin iclasında əsas daxili-siyasi məsələ Türkiyədə iyunun 18-nə təyin edilmiş prezident və parlament seçkilərinin vaxtı müzakirəyə çıxarılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*