Türkiyə mənbələri: “Ödəniş köçürmələri problemi başqa yolla həll olunur”backend

Türkiyə mənbələri: "Ödəniş köçürmələri problemi başqa yolla həll olunur"

“Rusiyadan Türkiyəyə ödəniş köçürmələri problemi hələ tam aradan qaldırılmayıb, məsələ başqa səviyyədə həll olunur”.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə dövlət banklarından birindəki mənbə məlumat verib.

“Xeyr, vəziyyət həll olunmayıb. Əsasən ikitərəfli hökumət layihələri ilə bağlı bəzi sənaye sahələrində problem qismən aradan qaldırılıb”, – RİA Novosti agentliyinin həmsöhbəti bildirib. Onun sözlərinə görə, bu məsələ başqa müstəvidə həll olunur, lakin hələlik dəqiq cavab yoxdur.

Kreml təsdiqləyib ki, Rusiya və Türkiyə anti-Rusiya sanksiyaları fonunda bank köçürmələri ilə bağlı yaranmış problemi aradan qaldırmaq üçün yollar axtarır. ABŞ-ın təzyiqi Türkiyə və Rusiya bankları arasında əməliyyatları çətinləşdirib. ABŞ prezidenti Co Bayden Rusiyaya sanksiyalardan yayınmağa kömək edən maliyyə institutlarına qarşı sanksiyaların tətbiqinə icazə verən fərman imzalayıb.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*