UEFA Millətlər Liqasında pley-off mərhələsinin püşkü atılıb.
KONKRET.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatmada A Liqasında 1/4 finalın və A, B, C və D Liqalarının pley-off cütləri məlum olub.
B Liqasında son oyunda məğlub olub, qrupu ikinci sırada bitirən Türkiyə yığmasının rəqibi müəyyənləşib. A liqaı üçün son əngəl isə Macarıstan millisi olub.
Bildirək ki, matçlar mart ayında baş tutacaq.
Millətlər Liqası
A/B Liqasının pley-off mərhələsinin cütlərini təqdim edirik:
Türkiyə – Macarıstan
Ukrayna – Belçika
Avstriya – Serbiya
Yunanıstan – Şotlandiya
B/C Liqasının pley-off oyunları:
Kosovo – İslandiya
Bolqarıstan – İrlandiya Respublikası
Ermənistan – Gürcüstan
Slovakiya – Sloveniya
C/D Liqasının pley-off mərhələsi:
Cəbəllütariq – Latviya
Malta – Lüksemburq