Türkiyə və ABŞ Rusiyanı hərbi əməliyyatları dayandırmağa çağırdıbackend

Türkiyə və ABŞ Rusiyanı hərbi əməliyyatları dayandırmağa çağırdı

Türkiyənin xarici işlər nazirinin müavini Sedat Önal ABŞ Dövlət katibinin köməkçisi Vendi Şermanla Ankarada görüşüb.

KONKRET.az-ın xəbərinə görə, bu barədə Türkiyə XİN məlumat yayıb.

Qeyd olunub ki, görüşdə ikitərəfli iqtisadi-siyasi münasibətlər və regional məsələlər, o cümlədən, Ukraynadaki vəziyyətlə bağlı müzakirələr aparılıb.

Tərəflər Rusiyanın Ukraynaya qarşı hücumunun ölkələri tərəfindən qəbul edilmədiyini vurğulayaraq, Rusiyanı hərbi əməliyyatları dayandırmağa çağırıblar. Əlavə olunub ki, Türkiyə və ABŞ Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*