Türkiyə XİN-ə yeni sözçü TƏYİN OLUNDUbackend

Türkiyə XİN-ə yeni sözçü TƏYİN OLUNDU

Türkiyə Xarici İşlər Nazirliyinə yeni sözçü təyin olunub.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə XİN-in İnformasiya Baş İdarəsi məlumat yayıb.

Türkiyə XİN-in yeni təyin olunan sözçüsü Tanju Bilgiç bu vəzifədə Hami Aksoyu əvəzləyib.

Qeyd edək ki, Tanju Bilgiç Ankara Universitetinin Siyasi Elmlər fakültəsini bitirib. 1995-ci ildən Türkiyə XİN-də işləməyə başlayıb. Tanju Bilgiç 2014-2016-cı illərdə Türkiyə XİN-in İnformasiya Baş İdarəsinin müdir müavini və nazirliyin sözçüsü kimi fəaliyyət göstərib. O, 2016-2021-ci illərdə Türkiyənin Belqraddakı səfiri olub. T.Bilgiç həmçinin Bosniya və Herseqovina, Danimarka, Fransa və Rusiya kimi ölkələrdə də diplomatik fəaliyyət göstərib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*