Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yenidən Ermənistanla münasibətlər mövzusuna toxunub.
KONKRET.az xəbər verir ki, Türkiyənin “Hürriyet” qəzetinə müsahibəsində Çavuşoğlu Ermənistan və Türkiyənin artıq səfirlər təyin etdiyini və yaxın vaxtlarda görüşəcəklərini xatırladıb.
Çavuşoğlu Türkiyənin hədəfinin region ölkələrini birləşdirən avtomobil və dəmir yollarının çəkilməsi olduğunu, xüsusilə “Zəngəzur Layihəsi”nin həyata keçiriləcəyini vurğulayıb.
“Türkiyə bu layihələri həyata keçirmək üçün əlindən gələni edəcək” – deyən Çavuşoğlu, rəsmi Ankaranın Ermənistanla atacağı bütün addımları Azərbaycanla əlaqələndirəcəyini bildirib.
Müşviq Tofiqoğlu
KONKRET.az

Əlindən gələni dedikdə nə məsələn? Dağlıq Qarabağı(keçmiş) ermənilərə verməyimi? Məlumunuz olsun paşınyan yenə “arsax” deyə sayıqlayır. Bu görəsən sayıqlamadı yoxsa…