Türkiyədə gündəmə gələn Sərvər Bəşirli nə işlə məşğuldur? – AÇIQLAMAbackend

Türkiyədə gündəmə gələn Sərvər Bəşirli nə işlə məşğuldur? - AÇIQLAMA

Türkiyədə 2023-cü ilin 6 fevral tarixində baş vermiş dağıdıcı zəlzələdən sonra köhnə avtomobilinə yüklədiyi əşyalarla köməyə tələsən və fotosuna görə məşhurlaşan Sərvər Bəşirli uzun müddət sonra açıqlama verib.

KONKRET.az xəbər verir ki, Pravda.az-a danışan S.Bəşirli deyib ki, maddi yaşayışı barədə heç bir çətinliyi yoxdur: “Allaha şükür, işləyirəm. Bakıda türk iş adamı Hüseyn Böyükfıratın yanında sürücü kimi çalışıram. Həmin fotodakı maşınım da özümlədir, dəyişməmişəm. Türkiyəli jurnalistlər Bakıya gələndə zəng edirlər, çəkiliş aparırlar. Yəni maraqlananlar olur”.

O, növbədənkənar prezident seçkilərinin nəticələrindən də danışıb: “Əlbəttə ki, Prezident cənab İlham Əliyev olmalıdır. Başqa seçimimiz yoxdur. Hazırda tək real Prezident var, o da Ali Baş Komandanımız cənab İlham Əliyevdir”.

S.Bəşirli prezidentliyə namizədlik irəli sürən digər 5 nəfəri o qədər də tanımadığını deyib: “Heç bəzilərini tanımırdım. Adlarını eşitməmişəm. Fuad Əliyevin, Elşad Musayevin adlarını eşitmişəm, amma tanımıram…”

  • Səyyad
    Fevral 9, 2024 - 03:38

    Salam kaş mənimdə arzum olan bir maşınım olardı başqa hər şey yaxşı olacaq ümidi ilə evim yox maşınım yox bu günümdə çox şükür

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*