Türkiyədə PKK ilə əlaqəli 17 nəfər saxlanıldıbackend

Türkiyədə PKK ilə əlaqəli 17 nəfər saxlanıldı

Türkiyənin təhlükəsizlik qüvvələri cümə günü Kürdüstan İşçi Partiyası (PKK) ilə əlaqəli olmaqda şübhəli bilinən 17 nəfəri saxlayıb.

KONKRET.az “CNN Türk”ə istinadən xəbər verir ki, həmin şəxslər ölkənin cənubunda Adanada PKK ilə bağlı həyata keçirilən araşdırma zamanı saxlanılıblar.

Reydlər Adana prokurorluğu tərəfindən verilən əmrlər əsasında keçirilib.

Saxlanılan şəxslər yerli polis bölmələrinə aparılıblar. İlkin məlumatlara görə, onlar sosial şəbəkələrdə PKK terror təşkilatının təbliğatını aparıb, təşkilat adından fəaliyyət göstəriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*