Türkiyədə xüsusi əməliyyat: girovlar xilas edildi – VİDEObackend

Türkiyədə xüsusi əməliyyat: girovlar xilas edildi - VİDEO

Türkiyənin Diyarbəkir vilayətində polis bir evdə girov götürülənləri xilas etmək üçün əməliyyat keçirib.

KONKRET.az xəbər verir ki, hadisə səhər saatlarında Yenişəhər qəsəbəsinin Üçquyular məhəlləsində yaşanıb.

Evdə silah səslərini eşidənlər dərhal polisə xəbər verilib. Bölgəyə polislər cəlb edilib. Araşdırma aparan polis belə qənaətə gəlib ki, evdə kimlərsə girov götürülüb. Bundan dərhal sonra xüsusi təyinatlı polis bölmələri hadisənin baş verdiyi rayona gəlib. Ətrafda həyata keçirilən təhlükəsizlik tədbirlərindən sonra əməliyyata başlanılıb.

Əməliyyat sırasında evdən 2 nəfər yaralı olmaqla, 5 nəfər çıxarılıb. Yaralılara dərhal tibbi yardım göstərilib və xəstəxanaya aparılıb.

Hazırda polis hadisə ilə bağlı araşdırmalarını davam etdirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*