Türkiyədə zəlzələnin dəhşətli görüntüləri: Suyun altında yer yarılıb – VİDEObackend

Türkiyədə zəlzələnin dəhşətli görüntüləri: Suyun altında yer yarılıb - VİDEO

Türkiyənin Hatay vilayətində baş verən zəlzələ suyun altında da böyük dağıntılar əmələ gətirib. Bu dağıntılar sualtı sənədli filmin prodüseri və quruluşçu rejissoru Tahsin Ceylan və komandası tərəfindən lentə alınıb.

KONKRET.az “Haber Global”a istinadən xəbər verir ki, Suyun altındakı parçalanmalar görənləri dəhşətə gətirib.

Tahsin Ceylan və komandası sahil zolağında bir çox sahədən qopmuş qaya parçalarını aşkarlayıb. Onlar zəlzələlər zamanı dağılan “Arsuz” hotelinin sahilindəki çay yatağında qırılma xəttinin əmələ gətirdiyi parçalanmaları da görüntüləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*