Türkiyədən Naxçıvana təbii qazın tədarükü ilə bağlı RƏSMİ AÇIQLAMAbackend

Türkiyədən Naxçıvana təbii qazın tədarükü ilə bağlı RƏSMİ AÇIQLAMA

“Azərbaycanın energetika naziri Pərviz Şahbazovla anlaşma memorandumu imzalamışdıq”.

KONKRET.az-ın “Anadolu” agentliyinə istinadən xəbərinə görə, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz Türkiyədən Naxçıvana təbii qaz boru xəttinin çəkilməsi layihəsi ilə bağlı suala cavabında deyib.

“Azərbaycanın bəzi texniki bəzi məlumatları təsdiqləməsini gözləyirik. O təsdiqlər gələn kimi xəttin inşasına başlayacağıq.

Bizim marşrut, araşdırma, ictimailəşdirmə, layihə dizaynı kimi hazırlıqlarımız bitdi. Birgə bir layihə icra olunur. Memorandum mətnindən fərqli olan, texniki baxımdan bəzi məlumatların bizimlə paylaşılmasına ehtiyac var.

SOCAR bu məlumatları verəndə, start vermiş olacağıq”, – nazir qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*